Vətəndaşlardan avtomat, tapança və tüfənglər götürüldü
Xəbərlər
10 Dekabr 2024 11:15
Oxunub 148
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, dekabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 11 tüfəng, 4 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR