Vətəndaşların NƏZƏRİNƏ: Bu axşamdan etibarən paytaxtda TAKSİ TAPA BİLMƏYƏCƏKSİNİZ!

Aprelin 2-i axşam saatlarında minlərlə taksi sürücüsünün tətil elan edəcəyi bildirilib.
Bu barədə Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov məlumat verib. O deyib ki, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər.
Tələblərə gəlincə, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı etirazların mahiyyəti haqda danışıb.
“Taksi sürücülərinin avtobus zolaqlarında hərəkəti tələbi ağır tələbdir. Hazırda texniki imkanlar buna imkan vermir. Amma avtobus zolağına daxil olaraq sərnişin mindirib-düşürmək tələbi olduqca haqlı tələbdir. Bu haqq onlara verilməlidir. Bu gün bu problem ciddi şəkildə onları narahat edir. Çünki ikinci sırada saxladıqda 2 balla 80 manat məbləğində, avtobus zolağına daxil olduqda isə 2 balla 100 manat cərimə tətbiq olunur”.
Ekspert qeyd edib ki, sürücülər bütün qoyulan qaydalara əməl edərək işsiz qalmaq əvəzinə sadəcə müəyyən qədər pul qazanmağa çalışırlar. Bunun üçün də onlara şərait yaradılmalıdır.
“Taksi sürücülərinə bir çox məsuliyyətlər yükləndi. Onlar müayinələrdən keçdilər, sənədlər yığdılar, normalardan keçdilər lakin indi onlara heç bir şərait yaradılmır. 70 min taksi sürücüsü bu mərhələlərdən keçərək "ələndi" və hazırda təxminən 30 min civarında taksi sürücüsü fəaliyyət göstərir. Dövlət bu şəxslərə dəstək olmalı, qayğı göstərməlidir. Çünki bu şəxslər heç vaxt dövlətdən heç nə tələb etməyiblər. Sadəcə öz imkanları daxilindən özləri özlərini işlə təmin ediblər. Bir düşünün əgər hazırda taksi sürücülüyü ilə məşğul olan bu qədər insan o bu işlə məşğul olmağı buraxsa, nə qədər iş yerləri açılmalıdır ki, onlar işlə təmin olunsun. Lakin bu heç də asan məsələ deyil və mümkün də görünmür. Buna görə də onlara etiraz etdikləri bu məsələ ilə bağlı şərait yaradılmalıdır”.(referans)
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










