Xaçmazda narkokuryer həbs edildi - FOTO - VİDEO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb.
R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












