Xalası tərəfindən işgəncəyə məruz qalan yeniyetmə ilə bağlı YENİ XƏBƏR

Xalası tərəfindən işgəncəyə məruz qalan 14 yaşlı yeniyetmə Sosial Xidmətlər Agentliyinə təhvil verilib.
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd edilib ki, sentyabrın 1-də Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alan 2011-ci il təvəllüdlü pasiyent (kişi cinsli) göstərilən zəruri tibbi xidmətlərdən sonra sağlam şəkildə Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
"Xatırladaq ki, azyaşlı Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunmuşdu. Onda bədənin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində, sol əl pəncəsində ödəm qeydə alınıb, ixtisaslı həkim və laborator-diaqnostik müayinələrdən sonra zəruri müalicə prosedurları icra olunub",- deyə məlumatda bildirilir.
Sosial Xidmətlər Agentliyindən fakt təsdiqlənib.
Qeyd edilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.
"Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Burada ona Agentliyin mütəxəssisləri tərəfindən sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və digər sosial xidmətlər göstəriləcək", - deyə məlumatda vurğulanır.(oxu.az)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












