Xameneini müvəqqəti əvəzləməyə niyə o seçildi?

Məlum olduğu kimi, İranın Ali lideri Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub.
Avtosfer.az xəbər verir ki, Ayətullah Əlireza Arafi yeni lider seçilənədək onun vəzifəsini müvəqqəti icra edəcək.
Ə. Arafi ölkə dini-siyasi sistemində mühüm mövqeyə malik fiqurlardan biri hesab olunur.
1959-cu ildə Meybud şəhərində anadan olan Arafi dini təhsilini Qumda alıb və uzun illər burada islam hüququ üzrə dərs deyib.
O, İranın dini sistemində rəhbər vəzifələr tutaraq təhsil strukturunun idarə olunması, idarəetmə mexanizmlərinin gücləndirilməsi proseslərində iştirak edib.
Arafi hazırda Qum şəhərinin cümə imamı kimi fəaliyyət göstərir və ölkənin ali dini-siyasi institutlarından olan Ekspertlər Şurasının üzvüdür.
Əlavə edək ki, sözügedən qurumun əsas səlahiyyəti Ali lideri seçmək və onun fəaliyyətinə nəzarət etməkdir.
O, eyni zamanda Konstitusiyanın Qoruyucuları Şurasında təmsil olunaraq qanunların Konstitusiyaya və şəriətə uyğunluğuna nəzarət prosesində iştirak edib.
Arafi ölkənin mövcud ideoloji xəttinə sadiq ruhani elitanın nümayəndəsi sayılır. O, dövlət və din institutlarının paralel fəaliyyət modelinin qorunmasını müdafiə edir. Birbaşa hökumət strukturlarında icraedici vəzifə tutmasa da, dini-elmi nüfuzu və strateji qurumlardakı təmsilçiliyi onun ölkə siyasətində təsir imkanlarını artıran əsas faktorlar kimi qiymətləndirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












