Xameneinin öldürülməsi ilə bağlı əməliyyatın - Detallarını açıqladılar

İsrail Hərbi Hava Qüvvələri İranın mərhum ali lideri Əli Xameneinin iqamətgahına zərbənin vaxtını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən təyin edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” qəzeti yayıb.
Qəzet yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə ay ərzində Xameneinin izlənməsi ilə məşğul olub:
“Bu, İran ali liderinin qrafikini və hərəkət saatlarını detallı şəkildə müəyyən etməyə imkan verib. Kəşfiyyat izləmə prosesi zamanı fevralın 28-i səhər saatlarında Əli Xameneinin iqamətgahında iranlı yüksəkrütbəli hərbçilərlə görüş keçirəcəyi barədə məlumat əldə edib. Məhz bu məlumata görə ABŞ və İsrail hərbçiləri əməliyyatın saatını gecədən səhərə keçirib”.
Xatırladaq ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İranda hökumət vəhərbi hədəflərə zərbə endirib. Zərbə nəticəsində Əli Xamenei və onun yaxın ətrafına daxil olan 40 nəfər öldürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












