"Xameneinin üzü ciddi şəkildə zədələnib” - Yeni iddia

İranın yeni Ali Lideri Müctəba Xamenei ölkəyə aviazərbələr zamanı aldığı ağır üz və ayaq xəsarətlərindən hələ də müalicə alır.
Avtosfer.az xəbər verir ki, bu barədə M.Xameneinin yaxın ətrafında daxil olan üç mənbə “Reuters” agentliyinə məlumat verib.
Mənbələrin sözlərinə görə, fevralın sonu Tehranın mərkəzində ali liderin iqamətgahına edilən hücum zamanı Müctəba Xameneinin üzü ciddi şəkildə zədələnib və o, bir və ya hər iki ayağından ağır xəsarət alıb.
Qeyd olunub ki, 56 yaşlı Xamenei buna baxmayaraq sağalır və zehni cəhətdən tam ayıq vəziyyətdədir: “O, onlayn şəkildə yüksəkvəzifəli şəxslərlə görüşlərdə iştirak edir və müharibə, eləcə də Vaşinqtonla danışıqlar kimi əsas məsələlərlə bağlı qərarların qəbulunda iştirak edir”.
Xatırladaq ki, M.Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana aviazərbələri zamanı yaralanıb. Həmin hücum nəticəsində 1989-cu ildən hakimiyyətdə olan atası və sələfi Ayətullah Əli Xamenei həlak olub. İran tərəfi yeni Ali Liderin yaralandığını açıqlasa da, bu xəsarətlərin ağır olub-olmaması qeyd olunmayıb. ABŞ və İsrail kəşfiyyatı isə onun Qumda huşsuz vəziyyətdə müalicə aldığını bildirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












