Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür - FOTO - VİDEO

Sentyabrın 2-si Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.
Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər.
Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.
Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
















