Xankəndidən Rusiyaya bəyanatlar səslənəcək - Sabiq nazirdən AÇIQLAMA

"Budəfəki zirvə görüşü Azərbaycanın siyasi baxımdan ən vacib yerlərindən birində - Xankəndi şəhərində baş tutacaq. Bu da onu göstərir ki, Xankəndi artıq Azərbaycanın siyasi mərkəzlərindən biri kimi tək ölkədə yox, həmçinin digər yerlərdə də tanınır. Bu, çox vacib bir faktordur".
Avtosfer.az xəbər verir ki, bu fikirləri unikal-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Eks-nazirin sözlərinə görə, Azərbaycan İƏT-də fəaldır: "Birincisi, onu demək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çox fəal bir təşkilatdır. İƏT-nin baş katibliyi Tehranda yerləşir. Buna görə bir çox ölkələr təşkilata üzvdür. Azərbaycan da bu təşkilatda fəaldır. Bu, maraqlı bir formatdır və bundan istifadə etmək həmişə bizim üçün maraqlıdır.
Rusiyanın indiki siyasətində təəssüflər olsun ki, ksenofobiya halları gündəmə çevrilib. Bundan ən çox zərər çəkən təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları, xüsusən də İslam ölkələri zərər çəkirlər. Əminəm ki, bu tədbirdə ( İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında - red.) buna aid hansısa bəyanatlar səslənəcək".
Tofiq Zülfüqarov Tramp administrasiyasının Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə görə Ermənistana təzyiqlərlə bağlı yayılan məlumatları belə şərh edib: "Hesab edirəm ki, belə fikirlər düşünülməmiş mülahizələrdir. Əslində isə bu məlumatların mənbəyi ermənilər və ermənipərəst dairələrdir. Çünki onlar çalışırlar ki, onlara aid olmayan mövzularda öz xeyirlərinə olan hansısa tezisləri təbliğ etsinlər. Məsələn, mətbuatda gördüm ki, az qalsın Rusiya-Azərbaycan gərginliyi məhz Paşinyanın Türkiyəyə getməsindən sonra baş verib. Paşinyan gedib nə edib ki? Guya ki, sülh sazişi bağlansa, Rusiya regiondan gedəcək. Birincisi, bunun əlaqəsi yoxdur. Eşidirik ki, Paşinyan Rusiyadan küsdü və s. Amma Rusiyanın hərbi bazası və sərhədçilərin hamısı yerindədir. Hətta Paşinyan dəfələrlə bəyan edib ki, bu məsələdə öhdəlikləri yerinə yetirməyə hazırdır.
Ermənilər onsuz da bu sazişi imzalamağa hazırdırlar. Azərbaycan deyir ki, şərti var. Ermənilər də bu şərti ört-basdır etmək üçün belə bir cəfəng fikirləri yayırlar ki, az qala onlardan ötrü dünya dağılacaq. Bəzi şərhçilər də bu təxribatlara inanırlar. Əminəm ki, onlar sadəcə olaraq vəziyyəti yaxşı başa düşmürlər.
İkincisi, Ermənistan daim Rusiyanın siyasətini lazımi şəkildə həyata keçirir. Üzdə olan söz-söhbətlər də maskalanma kimi istifadə edilir. Görün, onu çağıran kimi parada gedir, heç səsi də çıxmayıb. Bu, ermənilərin oyunlarıdır, biz gərək fikir verməyək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












