Xankəndinin Baş planı hazırlanır

"Xankəndi şəhərinin Baş planı hazırlanır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşündə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
E.Yusubov qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın insanın daimi məskunlaşması təmin edilib:
“Xocalı rayonunun Ballıca kəndində 136 ailə olmaqla, 660 sakinin, Ağdərə rayonunun Həsənriz kəndində 70 ailə olmaqla 238, Suqovuşan kəndinə 180 ailə olmaqla 592, Talış kəndində isə 20 ailə olmaqla 90 sakinin köçü təmin edilib. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri davam etdirilir, digər 8 yaşayış məntəqəsində lahiyələndirmə və hazırıq işləri aparılır”.
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş tikinti-bərpa işləri həyata keçirilir: “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 439 sahibkarlıq subyektləri tərəfindən 30 milyon manat investisiya qoyulub. Özəl sektor üzrə 1900-ə yaxın şəxs işlə təmin edilib. İlin sonuna qədər bu rəqəmin 3 mindən artıq olması planlaşdırılır. Əhalinin məşğulluğu təmin edilir, yeni iş yerləri yaradılır.
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir












