Xankəndiyə qar yağır - FOTOLAR

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb.
Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir. Qurumlar sakinləri ehtiyatlı olmağa və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb. Onu da qeyd edək ki, bu dəqiqələrdə də yağan qar Qarabağa xüsusi gözəllik qataraq, qış mənzərəsini daha da füsunkar edib. Hər tərəf ağ örpəyə bürünüb.










BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












