Xaricdə təhsil proqramı üzrə yeni tədris ilinə qəbul nəticələrinin ilkin SİYAHISI

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"na (bundan sonra - Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, 125 namizəd bakalavriat səviyyəsi üzrə, 19 namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər dövlət proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.
Dövlət proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisəsində təhsil alacaqla. Bu ali təhsil müəssisələri sırasında "Stanford University", "University of California, Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", University of Hong Kong", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu universitetlər də yer alır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da var ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə seçim qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti dövlət proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.
Bununla yanaşı, dövlət proqramı çərçivəsində magistratura səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin açıqlanması növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












