Xəzər çəkilir, yeni adalar üzə çıxır - Səbəb açıqlandı

Xəbərlər 27 Avqust 2026 14:41
Xəzər çəkilir, yeni adalar üzə çıxır - Səbəb açıqlandı
WhatsApp kanalımıza abunə olun

Xəzər dənizində su səviyyəsinin azalması Qazaxıstanın Manqistau vilayəti sahillərində yeni adanın yaranmasına səbəb olub. Məlumata görə, Rıbaçi adı verilən yeni quru sahəsi Xəzərin şimal hissəsində, Svyatoy adasından təxminən 500 metr şərqdə yerləşir. Yeni ada Bautino kəndindən təxminən 30 kilometr məsafədədir. Son 4–5 il ərzində Xəzərin şimal hissəsində su səviyyəsinin azalması fonunda yeni quru sahələrinin yaranması prosesi daha da sürətlənib.

Xəzər dənizində su səviyyəsinin azalması nəticəsində yeni quru ərazilərinin, hətta adaların meydana çıxması ekoloji baxımdan nə dərəcədə ciddi siqnaldır və bu proses Azərbaycandakı Xəzər sahilləri üçün hansı təhlükələri yarada bilər?

Ekoloq Ənvər Əliyev açıqlamasında bildirib ki, dəniz çəkildikcə adalar, yəni Xəzərin dibaltı relyef elementləri olan bəzi hündürlüklər, yüksəkliklər və münasib profillər üzə çıxmalıdır:

“Suyun altından çıxan irili-xırdalı bu quru sahələri, təbii ki, adalardır. Xəzərin özündə olan ən xırda, minilliklər bundan əvvəl mövcud olmuş adalar da vaxtilə Xəzərin altında olub. Dəniz geri çəkildikcə həmin adalar da üzə çıxıb. İndiki vəziyyət də eyni variantdır. Vaxtilə də Xəzər dənizinin səviyyəsi dəyişib, su çəkildikcə sahillər genişlənib və adalar görünməyə başlayıb. Bu, adi, normal haldır. Burada qorxulu bir şey yoxdur. Nə vaxtsa Xəzərin səviyyəsi qalxanda həmin adalar da yavaş-yavaş yenidən suyun altında qala bilər”.

Ekoloq qeyd edib ki, qorxulu olan Xəzərin ətrafındakı bəzi strukturların, daha doğrusu, infrastrukturların vəziyyətidir:

“Xəzər çəkildikcə onların fəaliyyəti ilə bağlı problemlər yarana bilər. Sonradan dənizin səviyyəsi qalxanda da onlar daha çox problemlə üzləşə bilərlər. Ona görə də Xəzər həm çəkiləndə, həm də qalxanda müəyyən problemlər yaradır. Bu baxımdan yeni adaların meydana çıxmasına təəccüblənməyə dəyməz. Sahildə suyun altından çıxan hissələr quru sahələrə çevrildiyi kimi, minilliklər bundan əvvəl Xəzərin dibində olan bəzi yüksəkliklərin ada şəklində üzə çıxması da eyni prosesdir. Yaxın vaxtlarda Xəzərin səviyyəsinin tədricən qalxması da mümkündür. Əvvəlcə səviyyə stabilləşə, daha sonra isə yüksəlməyə başlaya bilər. Birdən-birə qalxma olmaz. Bu halda həmin adalar da yavaş-yavaş əvvəlki vəziyyətinə qayıda bilər. Burada hər hansı ciddi siqnal yoxdur. Vaxtilə Xəzərin suyunun altından çıxmış adaları olub. Sonradan səviyyə qalxanda onlar yenidən suyun altında qalıb. İndi də, yəqin ki, həmin relyef formalarının bəziləri yenidən suyun altından çıxaraq ada şəklini alır. Əgər Xəzər milyonillik, ən azı 200 milyon illik təbii-tarixi dövründəki prosesləri yenidən bərpa etsə, bu adaların da zamanla geriyə qayıdaraq Xəzərdəki relyef formalarına çevrilməsi mümkündür”./demokrat.az
 

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh