Xəzər dənizində balıqların sayı azalır - VİDEO

Azərbaycanda süni balıq göllərinin sayı artıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib ki, suni balıq göllərinin sayının artmasının əsas səbəbi daxili su hövzələrində balıqların sayının kəskin azalmasıdır.
Təkcə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində 10 ildən çoxdur ki, balıqların sayı azalmağa doğru gedir. Bu isə yerli bazarda daxili tələbatı qarşılamaq üçün balıqçılıq təsərrüfatlarının artması ilə nəticələnir.
Əfqan Əliyevin sözlərinə görə, bu təsərrüfatla məşğul olan sahibkarlar əvvəllər ancaq kəmiyyət üçün çalışırdılar: "Lakin indi vətəndaşların "danba balığıdır" deyiminə görə təsərrüfat sahibləri daha keyfiyyətli balıq artırırlar".
Əfqan Əliyev bildirib ki, qarşıdakı müddətdə təbii su hövzələrində də balıqların yenidən artımı gözlənilir. Təkcə ötən il Balıqçılar İttifaqı tərəfindən su hövzələrinə 300 mindən çox balıq buraxılıb.
Ətraflı süjetdə:
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












