Xəzərin dibindən yeni qaz ehtiyatı tapıldı: Kimlərə satılacaq? - AÇIQLAMA

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda həyata keçirilən qazma əməliyyatları strateji əhəmiyyətli yeniliklə nəticələnib. “Qərbi Çıraq” platforması vasitəsilə qazılan yeni quyu nəticəsində yatağın dərin qatlarında əvvəllər məlum olmayan sərbəst qaz layları aşkar edilib. bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr vitse-prezidenti Bəxtiyar Aslanbəyli məsələnin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, əldə olunan nəticələr AÇG blokunda mövcud sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi baxımından tərəfdaşlar üçün olduqca qiymətli məlumatlar təqdim edib. Bu kəşf blokun gələcək istismar müddətini və iqtisadi səmərəliliyini daha da artıra bilər.
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu yeniliyin ölkə iqtisadiyyatına və enerji strategiyasına ciddi dividendlər gətirəcəyini proqnozlaşdırır. Ekspertin fikrincə, tapılan yeni ehtiyatlar daxili tələbatdan çox, birbaşa beynəlxalq enerji təhlükəsizliyinə xidmət edəcək. İlham Şaban bildirib ki, bunun müsbət təsir imkanları olacaq:
“İlk növbədə, əmtəəlik qaz hasilatında artım müşahidə ediləcək. Digər tərəfdən, AÇG yataqlarından hasil olunacaq təbii qazın əsasən xarici bazarlara çıxarılması nəzərdə tutulur. Bu da öz növbəsində Azərbaycanın ümumi qaz ixrac həcminin artmasına və ölkənin ixrac potensialının güclənməsinə əlavə töhfə verəcək. Həmin qaz ölkə daxilində satılmayacaq”.
Bu kəşf Azərbaycanın Avropanın enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir. AÇG-nin əsasən neft yatağı kimi tanınmasına baxmayaraq, dərin qatlardakı sərbəst qaz ehtiyatlarının hasilata cəlb olunması ölkənin ümumi qaz hasilatı zəncirində "Şahdəniz" layihəsindən sonra ikinci ən mühüm mənbəyə çevrilə bilər. Hazırda mütəxəssislər yeni aşkar olunmuş layların həcmini və texniki göstəricilərini dəqiqləşdirmək üçün analizlərini davam etdirirlər.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












