XİN rəhbərindən TRİPP layihəsi ilə bağlı AÇIQLAMA

TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir.
Avtosfer.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:
"Bu layihə bölgə üçün çox əhəmiyyətlidir. Azərbaycan tərəfi mütəmadi şəkildə ABŞ tərəfindən bu proseslə bağlı məlumatlar alır. Gözləntimiz 2026-cı ildə 42 km-lik ərazidə fiziki işlərə başlanılmasıdır. Azərbaycan dövləti öz üzərinə düşən bütün işləri sürətli şəkildə həyata keçirir".
O bildirib ki, Naxçıvanda mövcud olan 180 km-ə yaxın dəmiryolu xətti son 30 il ərzində istifadəsiz qalıb: "Orada da əlavə investisiyaya ehtiyac var və bu sahədə də işlərə başlanılıb. Bundan əlavə, qardaş Türkiyə ərazisindəki Qars-İğdir-Dilucu layihəsi üzrə də inşa işləri həyata keçirilir".
Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir: "Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Hesab edirik ki, növbəti mərhələdə ticarət genişlənə də bilər".
C.Bayramov son bir ilə yaxın müddətdə Azərbaycandan Ermənistana 60 min ton yük, həmçinin 20 min ton neft məhsullarının ötürüldüyünü vurğulayıb.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












