Xınalığa yarım metrdən çox qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Xınalıqda 34, Qrızda 31, Şahdağda 26, Xaltan, Qusarda 25, Əlibəydə (Zaqatala) 22, Yardımlıda 19, Kəlbəcər, Qubada 17, Lerik, Kişçayda (Şəki) 16, Masallıda 14, Laçın, Qubadlıda 12, Xızıda 10, İsmayıllıda 7, Qobustan, Oğuzda 6, Şuşa, Sarıbaşda (Qax) 5, Gədəbəy, Qəbələdə 3, Daşkəsəndə 1 sm-dir.
Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda 12, Göyçayda 11, Sədərək, Culfa, Sabirabad, Şamaxı, Beylaqan, Kürdəmir, Şərur, Cəlilabad, Ağstafa, Xaçmaz, İmişli, Yevlax, Salyan, Mingəçevir, Naxçıvan, Biləsuvar, Gəncə, Neftçala, Şabran, Ceyrançöl, Şəmkir, Xankəndi, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.
Bir sıra ərazilərdə şərq küləyi əsir. Küləyin maksimal sürəti Goranboyda 27, Gəncədə 24, Hacıqabulda 23, Naftalan, Şəmkir, Neftçala, Tovuz, Qobustanda 20, Salyan, Göygöldə 19, Biləsuvar, Ağstafa, Şamaxıda 16, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.
Göygöl, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












