Xırdalan-Biləcəri sahəsində təmir işləri başladı - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir. Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib.
Belə ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.
Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.
Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.
ADY üçün əsas prioritet bərpa işlərini mümkün qədər operativ şəkildə, eyni zamanda bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə yekunlaşdırmaqdır. Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.
Müvəqqəti dəyişikliklərin dəyərli sərnişinlərimiz üçün yaratdığı çətinliyi anlayırıq. Daha təhlükəsiz və etibarlı dəmir yolu infrastrukturu üçün həyata keçirilən işlər müddətində göstərdikləri anlayışa görə sərnişinlərimizə təşəkkür edirik.




Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












