Xocalı Soyqırımı Memorial Kompleksi belə yaradılır - VİDEO

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir.
Avtosfer.az xəbər verir ki, Memorial kompleksin təməli 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Dövlət başçısının Sərəncamına uyğun olaraq, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləri aparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb. Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.
Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada, həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, Fondun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












