Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO

Xocalı rayonunun Şuşakənd kəndində Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.
Körpəyə Mustafa Kamal adı verilib. O, Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun dünyaya gəlməsi uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevindirici hadisə kimi qiymətləndirilir.
Qeyd olunub ki, bu sevinc təkcə Hüseynovlar ailəsinin deyil, doğma yurduna qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu hadisə eyni zamanda Şuşakənddə yeni həyatın başlandığını, davamlı məskunlaşmanın və Böyük Qayıdış prosesinin uğurla davam etdiyini göstərən rəmzi hadisə kimi dəyərləndirilir.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












