Xocalıya növbəti köç: 67 nəfər doğma yurduna qayıtdı - FOTO

Martın 6-da Xocalı rayonuna növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə rayonun Təzəbinə və Seyidbəyli kəndlərinə ailələr yerləşdirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Xocalı rayonunun Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə köçürülüb.
Beləliklə, ümumilikdə 13 ailə olmaqla 67 nəfər doğma yurduna qayıdıb. Xocalı şəhərində ailələrə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev öncə sakinləri doğma torpaqlarına dönmələri münasibətilə təbrik edib, onlara yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb. O, həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə məlumat verib. Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar.
Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi davam etdirilir.
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillil zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
























