Xocavənddə MON-50 tələ minası aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir.
Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.
Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşları tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












