Xocavənddə silah-sursat satmaq istəyən şəxs tutuldu - FOTO

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












