Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək müvafiq akt tərtib edilməyib, habelə elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;
- mətbəx otağının daxilində yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq qazla işləyən kombi qurğusu quraşdırılıb;
- obyektdə döşəmənin üzlənməsində istifadə olunan xalça örtüklərinin yanğın təhlükəsizliyi göstəricilərini təsdiq edən müvafiq sertifikat və uyğunluq sənədləri təqdim edilməyib;
- obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə yerləşdirilməyib;
- obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat və yaddaş kitabçaları işlənib hazırlanmayıb;
- yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;
- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
- təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;
- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.







Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO












