“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır” - Nazirdən deputata irad

“Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam. Orda qeyd olunur ki, SOCAR 1 milyard 700 milyon manat vergi ödəyir. Mən də bunu ümumi mənfəət vergisi kimi qəbul etmişəm. Burda mənə deyildi ki, ora başqa vergilər də daxildir. Əslində onda mən SOCAR-ın müraciəti haqqında daha yaxşı danışmışam”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Əgər mənfəət kimi 1 milyard 700 milyon qazancdan verirsə, onda 5 milyard dollar onun qazancı olmalı idi. Belə çıxır ki, onda 5 milyarddan azdır. Əslində bu, pisdir. Yəni bu qədər böyük neft şirkətinin qazancının az olması bizi düşündürməlidir. Mənim burada dediyimdə heç bir siyasi mübarizə elementi yox idi”, - deputat bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deputatın çıxışına cavab olaraq bildirib ki, yalnış səslənən fikirlər cavabsız qalmamalıdır: “Bu gün Sahil müəllim də, mən də səsləndirdik ki, qeyri-neft gəlirləri dövlət büdcəsinin gəlirlərinin nə qədəridir. Bu, təxminən 55-57% ətrafında olacaq. 2018-ci ildə bu rəqəm 40% idi. Mən 2018-ci ili nəyə görə əsas götürürəm? Çünki biz vergi güzəştlərinin və vergi siyasətinin yumuşaldılmasına 2018-ci ilin sonundan başlamışıq.
Biz bugünkü nailiyyətləri, yəni 2019-cu ildən 2025-ci ilə qədərki nailiyyətləri 17% bəndi artan dövlət büdcəsinin gəlirlərində baxa bilərik. Biz buna vergilərin yumuşaıldılması siyasəti ilə nail olmuşuq. Biz əgər gələcəkdə qeyri-neft sektoruna əsaslanan artımı davam etdirmək niyətindəyiksə, düşünürəm ki, gələcək müzakirələr üçün mərkəzi məsələlərdən biri bunun ətrafında olacaq”.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












