Yanvarda Bakı metrosundan 17 milyondan çox sərnişin istifadə edib

Bu ilin yanvar ayında Bakı metrosundan 17 milyon 595 min 572 sərnişin istifadə edib.
Avtosfer.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Bu ilin ilk ayında sərnişinlər ən çox "Koroğlu" stansiyasından istifadə edib: 1 milyon 589 min 834 sərnişin. Sonrakı yerlərdə "28 May" (1 milyon 455 min 487), "20 Yanvar" (1 milyon 399 min 91), "Nərimanov" (1 milyon 262 min 40) və "Gənclik" (1 milyon 168 min 619) stansiyaları qərarlaşıb. 1 milyon 16 min 596 sərnişin "Neftçilər", 1 milyon 13 min 477 sərnişin "Elmlər Akademiyası", 902 min 682 sərnişin "Əhmədli", 871 min 809 sərnişin "İnşaatçılar", 809 min 825 sərnişin isə "Sahil" stansiyalarından istifadə edib.
Yanvar ayında 5 milyon 136 min 191 sərnişin ödənişi NFC vasitəsilə həyata keçirib. Bu, ötən ilin dekabrı ilə müqayisədə 1,3 % çoxdur. 2026-cı ilin ilk ayında Bakı metrosunda sərnişinlərin 30,02 %-i NFC vasitəsilə ödəniş edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












