Yaponiya 100 “Boeing” təyyarəsi alacaq

Yaponiya ABŞ-ın “Boeing” şirkətindən 100 ədəd təyyarə alacaq. Avtosfer.az xəbər verir ki, Ağ Evin açıqlamasına görə, alqı-satqı iki ölkə arasında əldə edilmiş ticarət razılaşmasında əksini tapıb. Bildirilib ki, Yaponiya ABŞ-dan milyardlarla dollar dəyərində kənd təsərrüfatı və digər məhsullar almaq, habelə bu ölkədən düyü idxalını 75 faiz artırmaq öhdəliyi götürüb.
İki ölkə arasındakı strateji ticarət və investisiya müqaviləsinə əsasən, Yaponiya ABŞ-dan müdafiə avadanlığının illik alışını da əhəmiyyətli dərəcədə artıracaq. Bundan başqa, gündoğan ölkə əsas sənayelərini yenidən qurmaq və genişləndirmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Supergüc dövlət də bu investisiyadan əldə edilən gəlirin 90 faizini özündə saxlayacaq.
Qeyd edək ki, ABŞ Yaponiyaya tətbiq etdiyi 25 faizlik idxal rüsumlarını 15 faizə endirməyə razı olub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












