Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı - FOTO

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb. Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 6 kiloqram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar aparılır.
Qeyd edək ki, cari il ərzində Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












