Yardımlıda narkokuryer qadın həbs edildi - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir












