Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu

İşlədiyi şirkətin yarım milyondan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.
Belə ki, keçmiş məhkum bacısının işinə görə təcili kömək axtaran Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Söz verib ki, həmin adamlar vasitəsilə xüsusilə ağır cinayətlərdə ittiham olunan bacısını həbsdən azad etdirə biləcək. O, həmin vaxt Ali Məhkəmənin sədri işləyən hakimi də yalandan yaxın adamı kimi təqdim edərək qarşı tərəfin inamını daha da möhkəmləndirib.
Yekunda tərəflər məsələnin həlli üçün 80 min manat qarşılığında əl sıxıblar. Yeganə qısa vaxtda həmin pulu taparaq verib.
Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.
Nəhayət Yeganə bacısını həbsdən xilas etmək istəyərkən tora düşdüyünü anlayıb. Dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.
Zərərçəkmişin şikayətinə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində araşdırılıb. İdarədə aparılan istintaqla Mirqərib Qasımovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinin üstü açılıb. O, toplanmış sübutlar əsasında həbs edilib.
İstintaq materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs əvvəllər “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər filialının direktoru işləyib. Həmin şirkətdəki korrupsiya faktlarına görə 8 il 6 ay şərti cəza alıb. Hazırki vaxtda həmin məhkumluğu tam başa çatıb.
İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.
Məhkəmə istintaqı vaxtı müttəhimin əməlindən əziyyət çəkən digər zərərçəkmişlər də dindirilib. Yekunda toplanmış sübutlar təsdiqini tapıb.
Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il həbs cəzası verilib.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








