“Yarım milyon şagird, 150 min tələbə...” - Tədris ilinin başlaması Bakını “dalana salıb”

“Bakıda təhsil müəssisələrinin və orada təhsil alanların sayı artdıqca, şəhərdəki nəqliyyat yükü və tıxac problemi daha da aktuallaşır. Xüsusilə məktəb və universitetlər mövsümünün başlanğıcı paytaxtın nəqliyyat infrastrukturuna ciddi təsir göstərir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O, bu vəziyyəti statistik göstəricilərin daha aydın təsvir etdiyini söyləyib:
“Bakı şəhərində 320-dən çox orta məktəb və 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib. Bakıda orta təhsil alan şagirdlərin sayı təxminən 500,000-dən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı 150,000-dən artıqdır. Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır ki, bu da tıxac probleminin dərinləşməsinə səbəb olur. Bakı Nəqliyyat Agentliyinin məlumatlarına əsasən, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır. Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20 Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxacın piki müşahidə olunur.
Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir”.
(konkret.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












