Yarım milyonluq dərman və siqaret qaçaqmalçılığı: Dəstə ifşa olundu, cəza verildi

Azərbaycana qaçaqmal yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən "Qırmızı körpü" gömrük postunda baş verib.
Türkiyə vətəndaşı olan Sakit Hassan (adı və soyadı şərtidir) Azərbaycan vətəndaşı olan TIR sürücüsü Azad Əhmədovla (adı və soyadı şərtidir) ilə əlbir olaraq Türkiyədən əldə etdikləri, ümumi dəyəri 558 min 923 manat 49 qəpiklik dərman preparatları və siqareti Türkiyə sərhədindən Gürcüstana keçirərək oradan Azərbaycana gətirmək istəyiblər. Dəstə üzvləri həmin dərman və siqaretləri Türkiyədən Gürcüstana keçirərək oradan Azərbaycana gətirərkən "Qırmızı Körpü"də sərhədçilər tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, dəstə üzvləri bu dərman və siqaretləri Azərbaycanda satmaq üçün beh də alıblar.
Təqsirləndirilən şəxslər saxlanılıblar və faktla bağlı cinayət işi başlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Türkiyə vətəndaşı Sakit Hassan 7 il, Azərbaycan vətəndaşı Azad Əhmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











