Yasamalda genişmiqyaslı asfaltlanma işləri aparılır - FOTOLAR

Prezident İlham Əliyevin paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, şəhər mühitinin yaxşılaşdırılması və vətəndaşların rahatlığının təmin olunması ilə bağlı müəyyən etdiyi vəzifələrə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, Yasamal Bələdiyyəsi və rayon MKTB-nin birgə əməkdaşlığı çərçivəsində rayonun bir sıra küçə və məhəllələrində yol örtüyünün yenilənməsi, asfaltlanma və cari təmir işləri uğurla icra olunur.
Həyata keçirilən işlər çərçivəsində Hüseyn Cavid prospekti, Xiyabani və Nazim Hikmət küçələri, həmçinin Rahib Tağıyev, Kamal Rəhimov,Ümüd Əkbərov küçələrində, eləcə də rayonun bir sıra yaşayış massivlərində yerləşən məhəllədaxili yollarda köhnə və istismar müddətini başa vurmuş asfalt örtüyü yenisi ilə əvəz edilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Yasamal ryonunda təmiri yekunlaşmış və davam edən yol sahələri bunlardır:
- Hüseyn Cavid prospekti (S.Dağlı küçəsi – M.Müşfiq küçəsi arası)
- Hüseyn Cavid prospekti (Landau küçəsi – Ə.Haqverdiyev küçəsi arası)
- Nazim Hikmət küçəsi (A.Şərifzadə küçəsi – Mətbuat prospektinədək)
- Kənar Dairəvi yolun 5–6-cı kilometrlik hissəsi
- Ayna Sultanova küçəsi
- Şeyx Məhəmməd Xiyabani küçəsi
Aparılan təmir və asfaltlanma işləri sakinlər tərəfindən müsbət qarşılanıb. Yol infrastrukturunun yenilənməsi nəqliyyatın hərəkətini daha rahat və təhlükəsiz etməklə yanaşı, ərazidə ümumi abadlıq və estetik görünüşün yaxşılaşmasına da mühüm töhfə verib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq-quruculuq tədbirləri, küçə və məhəllədaxili yolların mərhələli şəkildə təmiri, yaşıllıq zolaqlarının salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər infrastruktur layihələri bundan sonra da davam etdiriləcək.
Rayon sakinlərinin rahatlığı və rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər Yasamal rayonunun müasir şəhər standartlarına uyğun inkişafına və daha komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.











Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












