Yasamalda qurudulmuş gölün ərazisində çoxmərtəbəli bina inşa olunur? - VİDEO

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında, vaxtı ilə göl olan ərazidə çoxmərtəbəli bina inşa olunur.
Avtosfer.az-ın məlumatına görə, ATV-yə danışan sakinlər bildiriblər ki, qazıntı zamanı bünövrədən su çıxır. Onlar inşa ediləcək binanın gələcəkdə böyük faciəyə yol açacağından narahatdırlar.
“Qapını açırdıq göl gözümüzün qabağında idi. 50 metr dərinliyində olub. Balıq da tuturdular, zibil də gətirib tökürdülər. Sonradan gölü qurutdular”, - sakinlər qeyd edib.
Ərazidə çoxmərtəbəli bina inşa edən “PRİMO Residence” tikinti şirkətindən isə bildirilib ki, işlər artıq dayandırılıb.
Ərazidə tikinti ilə bağlı Fövqalədə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar şirkət tərəfindən aparılan işlərə dair icazəverici sənədlər təqdim edilmədiyindən, nazirlik sentyabr ayının 4-də tikinti işlərinin dayandırılmasına dair qərar verib.
Daha ətraflı videomaterialda:
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












