Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alındı

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən, 3741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə faktı ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, təmir işləri yenidən davam etdirilib.
Bu barədə Avtosfer.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabr ayında aşkar edilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıq olunub.
Lakin edilən xəbərdarlıqlara baxmayaraq, 14 mart tarixində abidədə təmir işlərinin yenidən davam etdirildiyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












