Yeddi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Azərbaycanda daha bir neçə avtobus marşrutları istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Mingəçevir, Bakı-Qax, İmişli-Gəncə, Qəbələ-Gəncə, Gəncə-Gədəbəy, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Mingəçevir marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC, Bakı-Qax marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun Fərrux oğlu, İmişli-Gəncə marşrutu üzrə fiziki şəxs Rüstəmov Orxan Qənimət oğlu, Qəbələ-Gəncə marşrutu üzrə fiziki şəxs Bayramov Araz Abdulla oğlu, Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs Qurbanov Rasim Məhərrəm oğlu, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Nəbiyev İslam İkram oğlu və Heydarlı Orxan Vaqif oğlu, Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Behbudov Nazim Qalib oğlu və Əhmədov İlqar Elman oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










