Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbərinin məhkəməsi başladı

Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, onun oğlu Mutvalı, Səfərov qardaşları və Şücayəddin Rəcəbovun məhkəmə iclası keçirilir.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Ura.ru məlumat verib.
Sverdlovsk vilayət məhkəməsində baş tutan iclasda zərərçəkmiş Fehruz Şirinov və prokurorluq vəsatətlə çıxıb ediblər. Onlar iclasın KİV üçün qapalı keçirilməsini istəyiblər. Şirinov təqsirləndirilən şəxslərdən ona təhdidlərin gəldiyini iddia edir.
Dövlət ittihamçısı bildirib ki, Şirinov təqsirləndirilən şəxslərdən təhdidlər alır. Şirinov məhkəmədə bunu təsdiqləyib.
"Mən hər gün təhdidlər alıram. Hətta vəkillər tərəfindən də təhdidlər olub", - deyə Şirinov iddia edib.
Təqsirləndirilən şəxslərin müdafiəsi onun mövqeyinə etiraz edib.
"Prokurorluq tərəfindən hazırda Şirinovun guya təhlükədə olduğunu göstərən şərait yaradılır. Amma bu belə deyil, onun iddialarının təsdiqi yoxdur", - deyə vəkil Yekaterina Kuvaldina cavab verib.
Şirinovun təhdidlərdə ittiham etdiyi digər müdafiə vəkili onun iddialarını rədd edib. Lakin hakim Yuri Radçuk prokurorluğun vəsatətini təmin edib.
Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. Müstəntiqlər onu F.Şirinova qarşı sui-qəsd cəhdində və 2001-ci ildə satıcı İkram Paşayevin qətlinin təşkilində şübhəli bilirlər.
F.Şirinov təsadüf nəticəsində sağ qalıb. On beş il sonra iş yenidən açılıb. Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da Ş.Şıxlinski ilə birlikdə mühakimə olunacaqlar. Onlar qəsdən adam öldürməyə cəhddə və həmvətənlərinin qətlində ittiham olunurlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












