"Yeni Dövlət Proqramı nəqliyyatın daha da müasirləşməsini təmin edəcək" - AÇIQLAMA

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Dövlət başçıcı həmin müşavirədə nəqliyyat sahəsində Azərbaycanın uğurları ilə bağlı bir çox məsələlərə toxundu. Əsasən Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişaf perspektivləri müzakirə olunub, böyük infrastruktur layihələrinin icra edildiyi bildirildi.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov bildirib ki, cənab Prezidentin qeyd etdiyi kimi, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola toxundu. Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır.
Cənab Prezident görüləcək işlər barədə də kifayət qədər geniş məlumat verdi. Məsələn, Sumqayıt-Yalama dəmir yolunun tikintisi ilə bağlı işlərin böyük bir hissəsi həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi, 10 yeni metro stansiyası tikiləcək. Bakıda və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul ediləcək. Düşünürəm ki, Dövlət Proqramının qəbul olunması Bakı şəhərində tıxacların azalmasına, eyni zamanda, nəqliyyat infrastrukturunun daha da müasirləşməsinə xidmət edəcək.
(iki.sahil)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












