Yeni icra başçısı həbs olunan sələfinin müavinini işdən çıxardı

Balakən Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev əmr imzalayıb.
Əmrə əsasən, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev həbs edilib. Mehparə Nuriyeva da İslam Rzayevin dövründə onun müavini vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Natiq Ağayev İslam Rzayevin həbsindən 13 gün sonra - noyabrın 12-də Balakən rayonunun icra başçısı təyin edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












