Yeni ilin ilk günündə 30 kiloqram narkotik aşkarlandı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıblar.
Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu ərazisində yanvar ayının 1-də keçirilən tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Vaqif Səfərov saxlanılıb. Ondan 30 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edib Abşeron rayonunda ayrı-ayrı ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməyi planlaşdırıb.
Saxlanılan şəxs ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












