Yeni istifadəyə verilən Sumqayıt-Saray körpüsündə təmir işləri aparılır? - VİDEO

Son günlər Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə yenidən çat və çökmələrin meydana gəldiyi bildirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, cari ilin mart ayında istifadəyə verilən körpüdə bu problem aradan qaldırmaq üçün yenidən təmir işlərinə başlandığı bildirilib.
Hətta gecə saatlarında körpüdə hərəkətin məhdudlaşdırılması və təmir işlərinin aparılması ilə bağlı görüntülər yayılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
"Saray körpüsünün çökməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Sözügedən ərazidə körpüdə yox, yanaşma yollarında problem, müəyyən çökmələr var. Yanaşma yolun Saray körpüsü ilə birləşən hissəsində də o problem var idi deyə bir neçə gündür guya Saray körpüsü çökməsi ilə bağlı məlumatlar yayılır.
Qeyd edim ki, yeni körpünün tikintisi zamanı yanaşma yollarında hər hansı iş aparılmayıb, yalnız yeni körpünün tikintisi aparılıb. İndi həmin körpüyə birləşən hissə bərpa olundu ki, yaranan bu söz-söhbət aradan qalxsın. Üstəlik yanaşma yolunda bərpa işlərinin aparılmalmalı olduğu və həmin yolunun da körpüyə uyğun genişləndirilərək dörd hərəkət zolağından ibarət olması nəzərdə tutulub. Bununla bağlı agentlik olaraq təkliflər hazırlayıb aidiyyəti üzrə vermişik", - deyə A.Nəcəfli bildirib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












