Yeni kateqoriyalar artım trendini 2026-da davam etdirəcək - FOTO

2025-ci ildə "Bolt" platformasında istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlmiş bir sıra yeniliklər tətbiq olunub. Bu çərçivədə iki yeni kateqoriya — "Prioritet" və "Video müşayiət" istifadəyə verilib. Hər iki kateqoriya sərnişinlərə səfər zamanı daha çox seçim imkanı təqdim edir və fərqli ehtiyaclara uyğun həllər yaradır.
Avtosfer.az xəbər verir ki, il ərzində tətbiq olunan yeniliklər nəticəsində istifadəçi davranışında müsbət dinamika müşahidə olunub. Xüsusilə "Video müşayiət" kateqoriyası üzrə sifarişlər son 3 ayda 119,3% artım göstərib. Bu xidmətə ən yüksək tələbat gecə saatlarında, xüsusilə 22:00–23:00 aralığında qeydə alınıb. Bu da istifadəçilərin gecə səfərlərində əlavə təhlükəsizlik alətlərinə daha çox üstünlük verdiyini göstərir.
Sözügedən kateqoriya səfər zamanı real vaxtda müşahidə və canlı agent dəstəyi təqdim edir. Avtomobil daxilində quraşdırılmış kamera vasitəsilə səfər izlənilir və xüsusi təlim keçmiş agent prosesi nəzarətdə saxlayır.
Sərnişinlər istənilən anda agentlə əlaqə saxlaya, həmçinin yaxınlarını səfərə qoşa bilərlər. Zərurət yarandıqda operativ müdaxilə mümkündür. Xidmət xüsusilə tək səyahət edənlər və əlavə təhlükəsizlik istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Prioritet - daha sürətli uyğunlaşma: "Prioritet" kateqoriyası vaxtın xüsusi əhəmiyyət daşıdığı səfərlər üçün nəzərdə tutulub. Avropanın iri şəhərlərində insanlar tıxac səbəbindən ildə orta hesabla 75 saat vaxt itirirlər. Oxşar vəziyyət Azərbaycanda, xüsusilə Bakıda da müşahidə olunur.
Bu kateqoriya sürücü ilə daha sürətli uyğunlaşma imkanı yaradaraq gözləmə müddətini azaldır və təcili səfərləri daha proqnozlaşdırıla bilən edir. "Prioritet" üzrə ən yüksək sifariş aktivliyi isə 17:00–19:00 saatları arasında qeydə alınır ki, bu da pik hərəkət saatlarında xidmətə artan ehtiyacı göstərir.
"Bolt Azərbaycan" üzrə Baş Əməliyyat Meneceri Fərid Əbdulzadə bildirib:
“Biz innovasiyalara yalnız texnoloji yenilik kimi deyil, istifadəçilərin gündəlik təcrübəsini yaxşılaşdıran real həll kimi yanaşırıq. Yeni kateqoriyalar insanlara seçim imkanı verir və onların fərqli ehtiyaclarına uyğun xidmət təklif edir. Artan istifadə göstəriciləri bu yanaşmanın doğru istiqamətdə olduğunu göstərir.”

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












