Yeni qanun qüvvəyə minir: Taksi qiymətləri 4 dəfə artacaq

Rusiyada taksi avtomobillərinin lokallaşdırılması ilə bağlı qanun qiymətlərin 4 dəfə artmasına səbəb olacaq.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, taksi sürücüsü və bloqer Yeqor Ryabkov sərnişindaşıma sektoru üçün müvafiq nəticələri proqnozlaşdırıb.
Ekspertin sözlərinə görə, taksi sürücülərinin istifadə etdiyi nəqliyyat vasitələri 5 il ərzində istismardan çıxarılır və lokallaşdırma qanunu qüvvəyə minənədək sürməyə heç nə qalmayacaq.
O qeyd edib ki, “Koreya avtomobilləri kimi” yeni avtomobillər çox bahadır və qanuna uyğun gəlmir, Rusiya istehsalı olan avtomobillərin də qiyməti yüksəkdir.
Bildirilir ki, qanun qüvvəyə minərsə və taksi xidmətinə icazə verilən avtomobillərin siyahısı əhəmiyyətli dərəcədə genişləndirilməsə, 200 mindən çox sürücü işini itirə bilər. Ryabkovun sözlərinə görə, avtomobillərin 60%-i qanun layihəsinin tələblərinə cavab vermir. Daşıyıcı çatışmazlığı yarandıqdan sonra onların xidmətlərinin qiymətləri 4 dəfə arta bilər.
Xatırladaq ki, Rusiya parlamentinin yuxarı palatası müvafiq qanunu mayın ikinci yarısında təsdiqləyib.(publika.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












