Yeni tikililərdə parkinq böhranı - Bakıda yerlər yoxdur, sakinlər narahatdır

Bakıda yeni tikililərdə yaşayan sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri binaların həyətində park yerlərinin olmamasıdır.
Avtosfer.az xəbər verir ki, avtomobil sahibləri maşınlarını məhəllədaxili yollarda saxladıqları üçün dar küçələrdə tıxac yaranır və sakinlər məcburən ödənişli yeraltı parkinqlərdən istifadə edirlər.
Sakinlər bildirirlər ki, yeraltı parkinqlərdə aylıq ödəniş kifayət qədər yüksəkdir və bu qiymətləri tənzimləyən vahid mexanizm mövcud deyil. Hər bir tikinti qiyməti öz istədiyi kimi müəyyən edir.
Müşahidələrə görə, parkinq üçün minimum aylıq ödəniş 50 manatdan başlayır. Bəzi binalarda isə bu rəqəm dəfələrlə yüksəkdir. Məsələn, Yasamal rayonundakı yeni tikilidə aylıq paket 200 manat, VİP zona isə 400 manatdır.
Sakinlərin bir qismi ev alarkən parkinqin ödənişli olduğunu bilmədiklərini, digərləri isə park yerini satın alsalar belə əlavə çətinliklərlə üzləşdiklərini deyirlər.
Ekspertlər bildirirlər ki, problemin kökü layihələndirmə mərhələsində yaranır. Bir çox tikinti şirkətləri normativə uyğun sayda park yeri ayırmır, nəticədə çatışmazlıq yaranır və qiymətlər süni şəkildə artır.
Mütəxəssislər hesab edir ki, gələcəkdə paytaxtda avtomobil sıxlığının azaldılması üçün tikinti şirkətlərinin inşa etdiyi çoxmənzilli binalarda bir neçə mərtəbəli avtoparkın yaradılması və bu yerlərin mənzil alıcılarına əlavə xərcsiz təqdim olunması təmin edilməlidir./Milli.Az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












