Yer üçün riskli günlər başlayır - Alimlərdən xəbərdarlıq

Yanvarın 26 və 27-si tarixlərində Yerdə yeni maqnit qasırğası başlaya bilər.
Avtosfer.az xəbər verir ki, proqnoz Günəş Astronomiyası Laboratoriyası tərəfindən dərc edilib.
Alimlərin məlumatına görə, yaxın günlərdə geomaqnit vəziyyəti sakit olacaq. Belə ki, 22-25 yanvar tarixləri daxil olmaqla hər hansı təhlükəli hadisə gözlənilmir. Lakin artıq yanvarın 26-dan etibarən vəziyyət kəskin şəkildə dəyişə bilər.
Mütəxəssislərin proqnozuna əsasən, həmin gün G1 səviyyəli maqnit qasırğasının baş verməsi ehtimal olunur və bu vəziyyət gün ərzində davam edəcək. Oxşar geomaqnit aktivlik yanvarın 27-də də gözlənilir. Məlumata əsasən, bu, sutka boyu davam edə bilər.
Günəş Astronomiyası Laboratoriyasının (Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu) rəhbəri Sergey Boqaçov bildirmişdi ki, bir neçə gün əvvəl də belə bir hadisə baş verib: Yer XXI əsrdə qeydə alınmış ən güclü radiasiya fırtınalarından birini yaşayıb.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












