"Yol vergisi" alınacaq - AÇIQLAMA

İctimai nəqliyyat üçün yeni fondun yaradılması sosial şəbəkələrdə yol vergisi ilə bağlı müzakirələri gündəmə gətirib. Sürücülər arasında yanacağa görə əlavə verginin tətbiq olunacağı ilə bağlı narahatlıq yaranıb.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, sürücülərin əksəriyyəti isə bundan xəbərsizdir.
Bəs sürücüləri hansı yeniliklər gözləyir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, burda əsas nüanslardan biri həmin operatorların avtoparkının yeni olması və müasir yaşıl bərpa olunan enerji əsasında işləyən avtobusların olmasıdır:
“Həmin parkların yeni standartlara cavab verən avtobuslarla təmin edən şəxslərin xərcləri bir qədər çoxdur. Avtopark yeniləmək bahalıdır. Bu zaman isə onlara dəstək verilməsi nəzərdə tutulur. Bunun da maliyyə mənbəyi şəxsi nəqliyyat vasitələri sürənlərin ödəyəcəyi məbləğdən formalaşacaq”.
Bəs bu addım dünya təcrübəsinə nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu praktika bütün dünyada var:
“Fond yarananda onun maliyyələşməsi olmalıdır. Burada ilkin olaraq ödənişli zonadan alınan məbləğ, sonra isə yanacaqdan alınan yol vergisinin bir qismi nəzərdə tutulur. Bu, həmişə olub”.
Qeyd edək ki, fondun digər mənbəyi isə 2027-ci ildən paytaxtda yaradılacaq yeni ödənişli zolaqlardan tətbiq edilən vəsaitlər olacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












