Yolayrıcına yaxınlaşan sürücü hansı zolaqla hərəkət etməyini necə seçməlidir? - MÜTƏXƏSSİS

Yolayrıcına yaxınlaşarkən sürücülərin zolağı düzgün seçməməsi və son anda zolaq dəyişməsi yollarda təhlükəli vəziyyətlərə səbəb ola bilər. Xüsusilə sıx hərəkət olan ərazilərdə bu cür manevrlər həm qəza riskini artırır, həm də nəqliyyatın hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, yolayrıcında düzgün zolağın əvvəlcədən seçilməsi və manevrlərin vaxtında həyata keçirilməsi sürücülər üçün vacib təhlükəsizlik qaydalarındandır. Sürücülərin bu məsələyə diqqət etməməsi hansı problemlərə yol açır?
Mövzu ilə bağlı Qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülərin yolayrıcına yaxınlaşarkən səhv zolaq seçməsi əsasən diqqətsizlikdən və ya qaydaları yaxşı bilməməkdən qaynaqlanır:

''Yolda heç bir nişanlanma yoxdursa və yuxarıda zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanlar yerləşdirilməyibsə, alqoritm belədir: tutaq ki, yol üç zolaqlıdır. Sağ zolaqdan düzünə və sağa, orta zolaqdan yalnız düzünə, sol zolaqdan isə düzünə və sola hərəkət etmək mümkündür. Lakin burada düzgün zolağın seçilməməsi sürücülər üçün böyük təhlükələr yarada bilər. Problem ondadır ki, yolda nişanlanma varsa, məsələn, sağ zolaqda düzünə və sağa, sol zolaqda isə düzünə və sola hərəkət istiqaməti göstərilibsə, orta zolaqdan yalnız düzünə hərəkət edilməlidir. Sağ zolaqdan düzünə hərəkət edən sürücü qəfil orta və ya sol zolaqdan sağa meyillənən, qaydaları pozaraq sağa dönən avtomobillə qarşılaşa bilər. Bu zaman qəzanın qarşısını almaq çətinləşir''.
Mütəxəssis qeyd edib ki, ona görə də, başqa istisnalar olmasına baxmayaraq, tövsiyə belədir:
''Sağ zolaqdan ən təhlükəsiz manevr sağa dönməkdir. Orta zolaqdan hətta sağa dönməyə icazə verilsə belə, düzünə hərəkət etmək daha məqsədəuyğundur. Çünki sağ zolaqdan yalnız sağa dönməyə icazə verildiyi halda belə, qaydanı pozaraq düzünə hərəkət edən avtomobil orta zolaqdan sağa dönən nəqliyyat vasitəsi ilə toqquşa bilər. Sağa gedirsinizsə, sağ zolağı, düz gedirsinizsə, orta zolağı, sola gedirsinizsə, sol zolağı seçin. Bu halda qəza riskini azaltmaq mümkündür. Müvafiq qurumlar yolayrıcına yaxınlaşarkən zolaqlar üzrə bütöv xətlər çəkirlər. Bu xətlər sürücülərin yolayrıcına yaxınlaşarkən zolaqdan-zolağa keçməsinin, yəni “şahmat oynamasının” qarşısını almaq məqsədi daşıyır. Bu qaydaya riayət olunmasının qəza hallarının sayının azaldılması baxımından böyük əhəmiyyəti var''.
Fatimə
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












