Banner

Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir

Xəbərlər 29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ  gözləyir
WhatsApp kanalımıza abunə olun

Skuter hər nə qədər rahat və çevik nəqliyyat vasitəsi olsa da şəhər həyatına daxil olduqları gündən bəri yol hərəkətinin yeni problemlərindən biri kimi gündəmdədir. Onların harada və necə sürülməsindən tutmuş, səkidə hərəkətinə, parklanmasına və digər qayda pozuntularına qədər bir çox məsələ piyadalarla yanaşı, avtomobil sürücülərinin də narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, bu siyahıda isə skuterlərin ən təhlükəli “şakərlərindən” biri xüsusilə seçilir: əks istiqamətdə hərəkət etmək. Qarşıdan gələn avtomobillərin yoluna çıxan, hətta araya girib tərs yolla gedən skuterçilər bununla həm özlərinin, həm də sürücülərin təhlükəsizliyini riskə atırlar.

Bəs onlar niyə bunu edir, qaydaları bilmədikləri, yoxsa qaydaları bilə-bilə pozduqları üçün?

Sualın cavabı nə olursa olsun, hər iki halda cərimə qazanırlar. Əgər bunu bilmədən edirlərsə, günün birində mütləq ciblərini “sevindirəcəklər”. Heç bir  halda skuter qarşıdan gələn nəqliyyatın hərəkət istiqamətində sürülə bilməz. Qaydalara görə, yolun hərəkət hissəsində nəqliyyat vasitələri öz hərəkət istiqamətinə uyğun zolaqda hərəkət etməlidir; qarşıdan gələn axın üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

Velosiped yolu/zolağı varsa ondan istifadə etməlidir. Velosiped yolu məhz velosiped və kiçik elektrik nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Əgər velosiped yolu yoxdursa ümumi istifadədə olan avtomobil yolunda sağ kənar zolaqla hərəkət etməsinə icazə verilir. Digər zolaqlarda hərəkət etmək qadağandır.

Cəriməyə gəlincə, skuter, yəni kiçik elektrik nəqliyyat vasitəsinin cəriməsinin məbləği pozuntunun hüquqi olaraq necə rəsmiləşdirilməsindən asılıdır.

Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, nəqliyyat vasitəsi hərəkət qaydalarını pozursa, 40 manat cərimə olunur.

Amma tam olaraq əks istiqamətli axının zolağına keçərək həmin istiqamətə qarşı hərəkət etmək 327.4-cü maddədə ayrıca göstərilir və bunun cəriməsi 100 manatdır. (bizim.media)

Oxunub : 272
ŞƏRH YAZ
Ad

E-mail

Şərh