Zal Yusifovun oğlunun məhkəməsi başladı

Lisenziyası ləğv olunmuş Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov və tanışı İlham Abbasovun külli miqdarda dələduzluq faktı üzrə cinayət işinin məhkəməsi başlayıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Onlar barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına başlanılması barədə qərar verilib.
Novbəti proses dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. İstintaqla müəyyənləşdirilib ki,İ.Yusifovla tanışı İham Abbasovla əlbir olaraq vətəndaşlara qarsı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar altı nəfərin yarim milyondan çox pulumu ələ keçirilməsində şübhəli bilinirlər. Onu da əeyd edək ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli bilinərək həbs olunmuşdular. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, bundan illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.
İslam Yusifov və İlham Abbasova qarşı CM-nin 178.3.2, 178.4-cu maddəsi ilə ittiham irəli sürülüb./unikal
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












