“ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə - Hökm oxundu

Beynəlxalq axtarışla Rusiyada tutulub Azərbaycana təhvil verilən “ZaminƏmlak” MMC-nin bölmə rəhbərinin məhkəməsi keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Abdullayev mütəşəkkil dəstə halında birləşərək 3 nəfərin ümumilikdə 50 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
O, zərərçəkmiş şəxslərə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi haqda yalan vəd verib. Bu adla vətəndaşların birindən 30 min, birindən 20 min, digərindən isə 19 min 953 manat pul alıb.
Cinayət işi başlanan ərəfədə Z.Abdullayev ölkədən qaça bilib. Yalnız 1 il sonra Rusiyada tutularaq Azərbaycana gətirilib.
Xəbəri rus dilində oxuyun: Афера на 50 000 манатов: в Баку осужден беглый маклер
Təqsirləndirilən şəxs ittihama münasibətdə özünü təqsirli bilib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduqlarını deyiblər.
Hökmə əsasən, Z.Abdullayev 4 il 6 ay azadlıqdan məhrum edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












